Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.
ABŞ Prezidenti Donald Tramp Qrenlandiyaya hərbi müdaxilə planının olmadığını bildirib.
Bizimyol.info xəbər verir ki, o, bu barədə illik Alfalfa Klubu şam yeməyi zamanı açıqlama verib.
Amerika liderinin sözlərinə görə, ABŞ Qrenlandiyanı zorla ələ keçirmək yox, əldə etmək niyyətindədir.
"Biz Qrenlandiyanı işğal etməyəcəyik. Biz onu alacağıq. Mənim heç vaxt Qrenlandiyanı 51-ci ştat etmək niyyətim olmayıb. Mən Kanadanı 51-ci ştat etmək istəyirəm. Qrenlandiya 52-ci olacaq. Venesuela 53-cü ştat ola bilər", - deyə o qeyd edib.
Danimarkanın xarici işlər naziri Lars Rasmussen daha əvvəl Danimarka, Qrenlandiya və ABŞ arasında Arktika ərazisinin gələcək statusu ilə bağlı danışıqların yaxşı atmosferdə getdiyini bildirib. O, hələlik yekun razılaşmanın əldə olunmadığını qeyd edib. Nazir bununla bağlı nikbinlik ifadə edib.
Bizimyol.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.