Bakı. Trend:
“Sabah” Misli Premyer Liqasında ardıcıl 7-ci qələbəsiniqazanıb.
Trend PFL-insaytına istinadən xəbər verir ki, bu, 18-ci turun “Zirə” iləgörüşündə gerçəkləşib.
Bunadək “İmişli” (3:0), “Neftçi” (2:0), “Turan Tovuz” (3:1),“Qarabağ” (2:1), “Sumqayıt” (3:1) və “Karvan-Yevlax” (4:1) üzərindəqələbə qazanan paytaxt təmsilçisi bu dəfə 3:1 hesabına sevinib. Bu,klub tarixinin rekordunun təkrarıdır.
“Sabah” Premyer Liqada ən uzun qələbə seriyasına 2022-ci ildəimza atmışdı. Həmin vaxt da komanda ardıcıl 7 dəfə qalib gəlib.2022/23 mövsümünün ilk yarısındakı seriya dövründə 17 qol vuranpaytaxt klubu 4 top buraxıb. Bu dəfə isə top fərqi 20-5-dir.
“Sabah” həm də ardıcıl 3-cü matçda 3 və ya daha çox qol vurub.Bu da klubun Premyer Liqadakı rekordunun təkrarıdır. Bakıtəmsilçisi 2021/22 mövsümünün ilk yarısında “Sumqayıt” (3:0),“Qəbələ” (3:1) və “Zirə” (3:3) ilə qarşılaşmalarda məhsuldarlıqgöstərib.