Azərbaycanlı qrossmeyster Aydın Süleymanlı Niderlandın Veyk-an-Zee şəhərində keçirilən ənənəvi “Tata Steel Challengers” şahmat turnirində qələbələrini davam etdirir.
"Football-plus.az" xəbər verir ki, 9-cu turda argentinalı Faustinо Oronu, 6-cı turda isə ispaniyalı Daniil Yuffanı məğlub edib. Hazırda hesabında 8 xal olan həmvətənizin turnir cədvəlinin önündə qərarlaşıb.
Dairəvi sistemlə keçirilən, 13 turdan ibarət turnirə fevralın 1-də yekun vurulacaq. Xatırladaq ki, “Challengers”in qalibi növbəti il Veyk-an-Zeedə keçiriləcək şahmat festivalının əsas yarışı olan “Masters” turnirində iştirak hüququ qazanacaq.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta