Musavat.com-un xarici mediaya istinadən xəbər verir ki, son araşdırmalar göstərir ki, hər gün istehlak edilən müəyyən qazlı və şəkərli içkilər dərinin kollagen səviyyəsini sürətlə azaldır, nəticədə üz və bədən daha tez qocalır.
Dermatoloqlar bildirir ki, şəkər və süni əlavələr təkcə çəkiyə təsir etmir, həm də dərinin elastikliyini pozur. Bu içkiləri mütəmadi qəbul edən insanların dərisi, normalda 40 yaşında ortaya çıxacaq əlamətləri artıq 30 yaşına yaxın göstərir. Hətta saç və dırnaq sağlamlığı da ziyan görür.
Həkimlər xəbərdarlıq edir: əgər gənc qalmaq və dərinizin sağlamlığını qorumaq istəyirsinizsə, gündəlik qəbulu minimuma endirin və təbii içkilərə üstünlük verin. Su, təzə sıxılmış meyvə şirələri və bitki çayları həm bədəni nəmləndirir, həm də qocalma prosesini yavaşladır.
Ekspertlər həmçinin bildirir ki, problem yalnız kosmetik deyil - uzun müddətli qəbul ürək-damar xəstəlikləri və şəkər xəstəliyi riskini də artırır. Bu səbəbdən, hər gün bu içkini içənlərin sayını azaltması həyati əhəmiyyət kəsb edir.