AZ

Əliyev Pezeşkian telefon danışığının məğzi məlum oldu: Bu mövzular müzakirə edilib!

Prezident İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkianla telefon danışığında bölgədə yaranmış gərginlikdən narahatlığını ifadə etməsi və Azərbaycanın vasitəçilik təklifini irəli sürməsi regional təhlükəsizliklə bağlı ciddi mesaj kimi dəyərləndirilir.

Bu telefon zəngi İran ətrafında mümkün hərbi ssenarilərin artıq real müzakirə mövzusuna çevrildiyini göstərən mühüm məqamlardan biridir.

Mövcud vəziyyət Cənubi Qafqazda sabitliyin qorunmasında maraqlı olan Bakı üçün də risklər yaradır və Azərbaycanın prosesləri diqqətlə izlədiyini ortaya qoyur.

Elxan Şahinoğlu

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin iranlı həmkarı Məsud Pezeşkianla telefon danışığının əsas səbəbi İran ətrafında baş verən gərginlikdir:

“Mövcud vəziyyət həqiqətən də Azərbaycanı narahat edir. Rəsmi Bakı müharibənin və xarici müdaxilənin əleyhinədir. Bakı həmçinin İrana bildirib ki, ərazisindən İrana qarşı hücum və ya müdaxilə üçün istifadə edilməsinə heç bir halda icazə verməyəcək.

Təəssüf ki, İranda bəzi dairələr ölkəmizin mövqeyini səmimi qəbul edib inanmırlar. Əksinə, çıxışlarında yenə tənqid və təhdid ritorikasına yer verirlər.  Prezident İlham Əliyev qonaq görə də indiki ağır şəraitdə Məsud Pezeşkiana ölkəmizin mövqeyini bildirib. Bu, həm də ölkəmizə qarşı olan qüvvələrə konkret mesajdır. Hesab edirəm ki, telefon danışığının əsas məqsədi məhz bu idi”.

Atilla Rzasoy

Seçilən
9
nocomment.az

1Mənbələr