AZ

Rusiyada təyyarə qəzası olub, ölənlər var



Rusiyada təlim təyyarəsi qəzaya uğrayıb.

Newscenter.az TASS-a istinadən bildirir ki, hadisə Orsk vilayətində baş verib.

Məlumata görə, Orskda baş verən təyyarə qəzasında Sankt-Peterburq Mülki Aviasiya Universitetinin bir müəllimi və iki kursantı həlak olub.

Baş vermiş qəza ilə əlaqədar hüquq-mühafizə orqanları araşdırmaya başlayıblar. Qəzanın səbəbi hələlik məlum deyil.

Anar
Seçilən
15
newscenter.az

1Mənbələr