Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin yanvar ayının əvvəlinə Azərbaycan bankları 5 milyard 1 milyon manat faiz gəlirləri əldə ediblər.
Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, bu, 2024-cü illə müqayisədə 1 milyard 31.2 milyon manat və ya 26% çoxdur.
Qeyd edək ki, bankların faiz gəlirlərinin məbləği ötən ilin yanvar ayının əvvəlinə 3 milyard 969.8 milyon manata bərabər olub.
Bizi sosial şəbəkələrdən izləyin!!