Baku.ws saytından alınan məlumata görə, ain.az bildirir.
Salyan rayonunda 86 yaşlı sakin itkin düşüb.
Bu barədə onun nəvəsi BAKU.WS-in "qaynar xətti"nə müraciətində bildirib.
Bildirilıib ki, 1940-cı il təvəllüdlü Nəsirov Rafayıl 31 yanvar səhər saatlarında Salyan rayonu, Əli bəy Hüseynzadə küçəsində yerləşən evindən çıxaraq bir daha geri qayıtmayıb.
Məlumata görə, yaşlı kişi sonuncu dəfə saat 11:00 radələrində Salyan avtovağzalının ərazisində görülüb. Onun itib getməsindən sonra yaxınları dərhal Salyan Rayon Polis Şöbəsinə məlumat veriblər və hazırda axtarış tədbirləri aparılır.
İtkin düşən şəxsin əynində ağ uzunboğaz sviter, üzərində qəhvəyi jaket və onun üstündən qara kurtka olduğu bildirilir.
Məlumatı olanların Salyan Rayon Polis Şöbəsinə müraciət etməsi xahiş olunur.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.