AZ

“Neftçi”yə ikiqat zərbə: Əsas futboçular növbəti turu buraxır

ain.az xəbər verir, sport24.az saytına əsaslanaraq.

"Neftçi" ciddi itkilərlə üzləşib. Sport24.az xəbər verir ki, "ağ-qaralar"ın futbolçuları Freddi Varqas və İqor Riberyo cəzalı duruma düşüblər.

Buna səbəb hər ikisi "Araz-Naxçıvan"a dörd cavabsız qolla qalib gəldikləri XVIII turun matçında sarı vərəqə almasıdır. Varqas və Ribeyro cari mövsüm dördüncü dəfə bu halla üzləşdikləri üçün XIX turda "Qəbələ" ilə qarşılaşmada meydana çıxmayacaqlar.

Bundan əlavə, Varqas matçda zədələnərək əvəzlənib. Cəzalı olmasa belə Varqasın növbəti turu buraxacağı gözlənilir.

Qeyd edək ki, "Neftçi" - "Qəbələ" oyunu fevralın 10-da keçiriləcək.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
8
sport24.az

1Mənbələr