AZ

"İTV-də də Azərbaycan dilinin norma və qaydalarına riayət olunmur" - Fazil Mustafa

"Ölkə prezidentinin Azərbaycan dilinin saflığı məsələsinə göstərdiyi xüsusi həssaslığı burada xatırlatmaq yerinə düşər. Bu mövzu dəfələrlə gündəmə gətirilib və müzakirə olunub. Hesab edirəm ki, bu istiqamətdə dövlət siyasətinin təbliği və müvafiq tezislərin icrası ilk növbədə dövlət büdcəsindən maliyyələşən AzTV və İctimai Televiziyanın üzərinə düşür".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa bildirdi.

Onun sözlərinə görə, bu gün televiziya məkanında, o cümlədən bəzi hallarda İTV-nin efirində də Azərbaycan dilinin norma və qaydalarına riayət olunması baxımından problemlər müşahidə edilir:

"Maraqlı məqam ondan ibarətdir ki, İctimai Televiziyanın Yayım Şurasına Azərbaycanın görkəmli dilçisi, akademik Dilqəm Tağıyev rəhbərlik edir. Bu baxımdan hesab edirəm ki, Yayım Şurası yalnız formal bir struktur kimi deyil, dil siyasətinin və ümumilikdə dövlətin informasiya strategiyasının fəal icraçısına çevrilməlidir. Bu problemlərə misal olaraq dilin sintaktik və leksik normalarının tez-tez pozulmasını, şivə və jarqonun bəzən aparıcı  dilinə çevrilməsini, xarici dillərdən lüzumsuz və yersiz təsirlərin artmasını, aparıcı və ekspertlərin dil və üslub baxımından peşəkarlıq səviyyəsinin aşağı düşməsini göstərmək olar. Lazım gələrsə, pul xərcləyib aparıcıları dil kuslarına göndərmək lazımdır ki, oxucuya düzgün danışıq dili ötürsünlər".

Nuriyyə NATİQQIZI

Seçilən
12
redaktor.az

1Mənbələr