AZ

67 yaşında özünə toy edən generalla bağlı mühüm fakt - Foto

Bu günlərdə özünə toy edən 67 yaşlı, ehtiyatda olan general Nazim Əliyev maraqlı məlumat üzə çıxıb.

Aznews.az xəbər verir ki, bu barədə jurnalist Elman Cəfərli qeyd edib.

O bildirib ki, general əslən Ağdamın Quzanlı kəndindəndir və hörmətli nəslin nümayəndəsidir:

“Onun atası Tələt Əliyev Ağdam şəhərində ən böyük apteklərdən birinin müdiri idi. Tələt Əliyevin atası Süleyman kişi isə Qarabağın məşhur ziyalısı Mirzə Saleh Axundovun qardaşıdır”.

E.Cəfərli Mirzə Saleh Axundovun (general Nazim Əliyevin babasının qardaşı) Quzanlı qəbiristanlığında olan məzarının şəklini paylaşıb:

“Bu məzar böyük ziyalı, təbib, tərcüməçi, şair Mirzə Salehindir. Göründüyü kimi, məzar baxımsız qalıb, sinə daşı yoxdur. Bərpa edilməsinə ehtiyac yaranıb.

Seçilən
5
8
aznews.az

10Mənbələr