GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
“Şəxsin razılığı olmadan səsinin və görüntüsünün klonlaşdırılması cinayət əməli kimi qiymətləndirilməlidir. Süni intellekt vasitəsilə hazırlanan materiallarda bunun real gerçəkliyi əks etdirmədiyini bildirən xüsusi qeydlərdən istifadə olunmalıdır”.
Globalinfo.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında deputat Azay Quliyev səsləndirib.
O bildirib ki, xarici ölkələrdə bu istiqamətdə artıq oxşar addımlar atılır və bəzi hallarda bu cür cinayətlərə görə 7 ilə qədər həbs cəzası tətbiq olunur. Bu təcrübə Azərbaycanda da nəzərə alınmalı və müvafiq hüquqi mexanizmlər yaradılmalıdır.
Deputat vurğulayıb ki, “deepfake” materiallarının cəmiyyətə təsir göstərməsi yolverilməzdir və bunun qarşısının alınması üçün təxirəsalınmaz addımlar atılmalıdır.
Safura Bənnayeva
Globalinfo.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.