AZ

Almaniyada erkən xristianlığa aid qədim xaç tapıldı

Almaniyada min illik xaç tapılıb.

Kulis.az xəbər verir ki, Brandenburqda tapılan min illik bürünc xaç X əsr Almaniyasında xristianlığın düşündüyümüzdən daha geniş yayıldığını göstərir.

Havelland bölgəsində aşkarlanan xaç 1983-cü ildə Berlin-Spandauda tapılmış qədim tökmə qəlibi ilə tam uyğun gəlib.

Arxeoloqlara görə, bu qəlib tək bir dini əşya üçün deyil, kütləvi istehsal məqsədilə istifadə olunub.

Tapıntı xristian simvollarının 983-cü il Slavyan üsyanından əvvəl də bölgədə yayıldığını sübut edir.

Qeyd edək ki, mütəxəssislər bu kəşfi Brandenburqda erkən xristianlaşmanın ən mühüm maddi dəlillərindən biri sayırlar.

Seçilən
8
1
kulis.az

2Mənbələr