AZ

Misir ABŞ-nin və İranın arasında vasitəçi olmağa çalışır

Qahirə nüvə proqramı ilə bağlı dialoqu yenidən canlandırmaq üçün yeni təklif hazırlayır, prosesin arxasında iqtisadi risklər və Süveyş gəlirləri dayanır...

Poliqon xəbər verir ki, Livanın “Al Akhbar” qəzeti Misirin ABŞ və İran arasında vasitəçilik təşəbbüsünü gücləndirdiyini yazır. Nəşrin məlumatına görə, Qahirə “İranın nüvə proqramı ilə bağlı bir neçə ay əvvəl başladılan əlaqə kanallarını” davam etdirərək iki tərəf arasında dialoqu bərpa etməyə çalışır.

Məlumata əsasən, Misir bir neçə ölkə ilə koordinasiyalı şəkildə yeni danışıqlar təklifinin formalaşdırılması üzərində işləyir. “Al Akhbar” qeyd edir ki, Vaşinqton və Tehran arasında mümkün razılaşmaya nail olmaq perspektivi hazırda “çox yaxın” qiymətləndirilir.

Qəzetin yazdığına görə, Misirin gərginliyi azaltmaq istiqamətində atdığı addımlar təkcə diplomatik təşəbbüs deyil, eyni zamanda ölkənin iqtisadi hesablamaları ilə birbaşa bağlıdır. Qahirə regional eskalasiyanın dərinləşməsinin qarşısını almağa çalışır, çünki bu vəziyyət Misirin əsas gəlir mənbələrindən biri olan Süveyş kanalının gəlirlərinə ciddi zərbə vura bilər.

Nəşr bildirir ki, Qəzza zolağında döyüşlərin dayanmasından sonra Süveyş kanalından əldə olunan gəlirlərdə müəyyən yaxşılaşma müşahidə olunmağa başlayıb. Bununla paralel olaraq Misir turizmin bərpası, həmçinin xarici investisiyaların artacağı ilə bağlı ümidlərini qorumağa çalışır.

Bununla yanaşı, “Al Akhbar” vurğulayır ki, Misirdə aparılan iqtisadi qiymətləndirmələr daha genişmiqyaslı regional müharibənin başlanacağı təqdirdə ölkə iqtisadiyyatı üçün “çox qaranlıq” ssenari barədə xəbərdarlıq edir. Belə bir vəziyyət həm maliyyə sabitliyinə, həm turizm sektoruna, həm də investisiya mühitinə ağır təsir göstərə bilər.

Poliqon.info

Seçilən
2
poliqon.info

1Mənbələr