"Turan Tovuz"un yeni transferi Coş Ginnelli Sportal.az saytına açıqlama verib.
O, komandasının Misli Premyer Liqasının 18-ci turunun “Qarabağ”a qarşı(1:0) görüşünü dəyərləndirib:
"Debüt etdiyimə görə şadam. Amma azarkeşlərimizi məmnun edə bilmədiyimiz üçün məyus oldum. Növbəti turlarda xal toplamağa çalışacağıq. “Qarabağ” haqda məlumatım var idi. Əslində, bu matçda xal qazanmaq şansımız var idi, sadəcə amma alınmadı. Futbol epizod oyunudur. Kənardan sadə görünə bilər, amma daha mürəkkəbdir. Son dəqiqələrdə hesabı bərabərləşdirə bilərdik, amma qapıçının seyvi rol oynadı".
İngilis forvard bildirib ki, ən yaxşı formaya düşməsi üçün zamana ehtiyacı var: "Ən yüksək vəziyyətə çatmaq üçün hər gün çox məşq edəcəyəm. Bu, bir az vaxt aparacaq. Amma ümid edirəm ki, bu, mümkün qədər tez baş verəcək. Sonra nəticəni görəcəksiniz".
Mirbağırağa
saytlarin hazirlanmasi