BAKI, 2 fevral. TELEQRAF
NATO-ya üzv beş ölkənin hərbi dəniz qüvvələri fevralın 2-də Norveçin qərb sahillərində "Arctic Dolphin 26" adlı sualtı qayıq əleyhinə təlimlərə start verib.
Teleqraf xəbər verir ki, bu barədə Şimali Atlantika Alyansının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, 11 gün davam edəcək manevrlər zamanı Arktika şəraitində sualtı qayıqların aşkarlanması və məhv edilməsi üzrə əməliyyatların təkmilləşdirilməsi nəzərdə tutulur.
Təlimlərə alyansın Birinci Daimi Dəniz Qrupunun (SNMG1) gəmiləri ilə yanaşı, üzv ölkələrin sualtı qayıqları, helikopterləri və xüsusi patrul təyyarələri cəlb olunub.