Deputat təklif edib ki, Azərbaycanda sosial minimumlara yenidən baxılsın: "Ölkədə minimum əməkhaqqı 400 manatdır və bu da orta aylıq nominal əməkhaqqının təxminən 37 %-i qədərdir. Qoşulduğumuz bir sıra beynəlxalq sənədlərdə, o cümlədən xartiyalarda minimum əməkhaqqının orta əməkhaqqının azı 60 %-i qədər olması göstərilib. Əgər bizdə bu gün orta maaş 1 100 manatdırsa, bunun 60 %-i 660 manat edir. Bax bu nöqteyi-nəzərdən bu gün qəbul edəcəyimiz yeni Əmək Məcəlləsinin 155-ci maddəsində minimum əməkhaqqının məbləğinə ildə bir dəfədən az olmayaraq yenidən baxılmasının öz əksini tapmasını vacib hesab edirəm. Bu, aztəminatlı insanların güzəranının yaxşılaşdırılmasına imkan verəcək. Nəzərə alsaq ki, xüsusilə regionlarda insanların xeyli hissəsi minimum əməkhaqqı ətrafında maaş alır - bu, həm də regionlarda orta aylıq nominal əməkhaqqına müsbət təsir edəcək. Eyni zamanda 1,8 milyon işçinin yarıya qədərinin aldığı median əməkhaqqının artırılması vahid tarif cədvəli üzrə olan maaşının artırılması istiqamətində çox samballı addım olacaq, bizim beynəlxalq reytinqimizə çox müsbət təsir göstərəcək".
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta