AZ

SON DƏQİQƏ! “Neftçi” problemli mövqeyinə yeni transfer gerçəkləşdirir

“Etinikos”un legioneri Breno Almeyda karyerasını Azərbaycanda davam etdirməyə yaxındır.

İdmanxeber.az-a verilən məlumata görə, “Neftçi” bir müddətdir futbolçu ilə danışıq aparır. 27 yaşlı yarımmüdafiəçinin Kipr klubundan ayrılacağı gözlənilir.

Baş məşqçi Yuri Vernidub rəhbərlikdən həmin mövqeyə transfer edilməsini tələb edib. 

Braziliyalı vingerlə danışıqlar artıq sona çatır. Tərəflər anlaşmağa yaxındır. Son anda problem yaşanmasa, Almeyda “Neftçi”nin futbolçusu olacaq.

Onun “Etnikos”la müqavilə müddəti 2026-cı il mayın 31-nə qədərdir.

O, bu mövsüm Kipr klubunun heyətində ümumilikdə 14 oyun keçirib, 3 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
11
idmanxeber.az

1Mənbələr