AZ

Rusiyada təyyarə qəzası - Ölənlər var

Bakı. Trend:

Rusiyanın Orsk şəhərində içərisində iki kursantın olduğu“Diamond” təlim təyyarəsi qəzaya uğrayıb.

Trend bu barədəRusiya KİV-ə istinadən xəbər verir.

Məlumata görə, hava gəmisi yerli vaxtla təxminən saat 10:40radələrində şəhərin üzərində olarkən radar ekranlarından itib.

Qəzaya uğrayan “Diamond” təyyarəsi Novikov adına LeninqradAkademiyasına məxsusdur. Hadisə yerinə xilasedicilər və tibbişçiləri cəlb olunub.

Təyyarənin göyərtəsində pilot və iki kursant olub. İlkinməlumata görə, qəza nəticəsində onların hər biri həlak olub. Hadisəvə qəzanın səbəbləri ilə bağlı hələlik rəsmi açıqlamaverilməyib.

Məqalədə:
Seçilən
36
az.trend.az

1Mənbələr