AZ

Ər-Riyad  ABŞ- İran gərginliyində diplomatik yol tərəfdarıdır

Səudiyyə Ərəbistanı ABŞ və İran arasındakı gərginliklə bağlı mövqeyini açıqlayıb. Şənbə axşamı “Əş-Şərq Əl-Əvsət” qəzetinə verdiyi açıqlamada bir məmur Səudiyyə Ərəbistanının bölgədə hərbi əməliyyatları dəstəkləmədiyini bildirib:

Vərəninfo.az xəbər verir ki, “Ər-Riyad ABŞ və İran arasındakı fikir ayrılıqlarının diplomatik yollarla həll edilməsini dəstəkləyir. Krallıq İrana qarşı mümkün hərbi əməliyyatlar üçün hava məkanından istifadəyə qarşıdır”.

Bu açıqlama ABŞ prezidenti Donald Trampın İranın Vaşinqtonla danışıqlar apardığını təsdiqlədiyi vaxta təsadüf edir. Tramp jurnalistlərə bildirib:

“İran bizimlə danışıqlar aparır və bir şey edə biləcəyimizi görəcəyik; əks halda nə olacağını görəcəyik”.

Seçilən
17
veteninfo.az

1Mənbələr