AZ

Həkim tez-tez hıçqırıqların arxasındakı gizli səbəbləri açıqladı

Həkim tez-tez təkrarlanan və uzun müddət keçməyən hıçqırıqların səbəblərini açıqlayıb.

Omsk Regional Klinik Xəstəxanasının transfuziya üzrə mütəxəssisi, baş həkimin müavini Maksim Sıpko bildirib ki, davamlı hıçqırıq bəzən daxili orqanlarda, xüsusilə qaraciyər və qida borusunda ciddi problemlərin göstəricisi ola bilər.

Həkimin sözlərinə görə, ən çox rast gəlinən səbəblərdən biri steatohepatitdir. Bu, qaraciyərdə artıq yağ toplanması fonunda yaranan iltihabdır. Qaraciyər böyüdükcə diafraqmaya təzyiq edir, onu qıcıqlandırır və refleks olaraq hıçqırıqlara səbəb olur. Qaraciyər funksiyası pozulduqda qanda toksinlərin artması da sinir sistemini həssaslaşdırır.

Maksim Sıpko bildirib: “Qaraciyər diafraqmanın altında yerləşir və böyüdükdə ona təzyiq göstərərək qıcıqlandırır. Bu da diafraqmanı idarə edən sinirlərin refleks aktivləşməsinə gətirir”.

Digər geniş yayılmış səbəb isə qida borusunun iltihabıdır (ezofagit). Xüsusilə qastroezofageal reflüks xəstəliyində turşu və ödün qida borusuna keçməsi kimyəvi qıcıqlanma yaradır və bu da hıçqırığa səbəb ola bilər.

Steatohepatit vaxtında müalicə olunmazsa qaraciyər fibrozu və sirrozuna keçə bilər. Bu isə orqanın funksiyalarını ciddi şəkildə zəiflədən və həyati təhlükə yaradan vəziyyətdir. Ağır hallarda portal hipertenziya inkişaf etdirərək qida borusu venalarında təhlükəli qanaxmaya səbəb ola bilər.

Əgər hıçqırıq iki gündən artıq davam edirsə və arıqlama, iştahsızlıq, güclü zəiflik kimi əlamətlərlə müşahidə olunursa, həkim terapevtə müraciət etməyi tövsiyə edir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Seçilən
1
e-saglam.az

1Mənbələr