AZ

“Axios”: Vaşinqton Tehranla danışıqlara hazırdır

ain.az xəbər verir, Ayna saytına əsaslanaraq.

"Tramp administrasiyası bir neçə kanal vasitəsilə İrana razılaşmanı müzakirə etmək üçün görüşməyə açıq olduğunu bildirib"

ABŞ hakimiyyəti İran tərəfini Tehranın nüvə proqramı ilə bağlı razılaşmanı müzakirə etmək üçün görüşməyə hazır olduqları barədə məlumatlandırıb. AYNA.AZ xəbər verir ki, bu barədə “Axios” mənbələrə istinadən məlumat yayıb.

Nəşrin yüksək vəzifəli ABŞ rəsmisinə istinadən verdiyi məlumata görə, "Tramp administrasiyası bir neçə kanal vasitəsilə İrana razılaşmanı müzakirə etmək üçün görüşməyə açıq olduğunu bildirib".

Nəşrin məlumatına görə, Türkiyə, Misir və Qətər ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffla İranın yüksək vəzifəli rəsmiləri arasında görüş təşkil etmək üzərində işləyirlər. Bu, gələn həftənin əvvəlində Ankarada baş tuta bilər.

Nəşrin Yaxın Şərq üzrə həmsöhbətlərindən biri deyib ki, "irəliləyiş var. Əlimizdən gələni edirik”.

Ağ Evdən bildirilib ki, ABŞ Prezidenti Donald Tramp hələ İrana zərbə endirmək qərarına gəlməyib və diplomatik həll yoluna açıqdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
ayna.az

1Mənbələr