AZ

ADDA ilə GN Group Corporation arasında memorandum imzalandı FOTO

Demokrat.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Azərbaycan Dövlət Dəniz Akademiyası (ADDA) ilə Türkiyə Respublikasında gəmiçilik üzrə fəaliyyət göstərən GN Group Corporation arasında Anlaşma Memorandumu imzalanıb. Memorandum Azərbaycan Dövlət Dəniz Akademiyası adından rektor vəzifəsini icra edən Eldar Qocayev və GN Group Corporation adından baş direktorun müavini Əli Əliyev tərəfindən imzalanıb.Demokrat.az xəbər verir ki, sənədin əsas məqsədi dənizçilik və gəmiçilik sahəsində təhsil, praktiki hazırlıq, elmi-tədqiqat və kadr potensialının inkişafı istiqamətlərində uzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlığın qurulmasıdır.Memorandum çərçivəsində təhsil ilə sənaye arasında əlaqələrin gücləndirilməsi, tələbələrin peşə bacarıqlarının artırılması, eləcə də beynəlxalq təcrübə mübadiləsinin genişləndirilməsi nəzərdə tutulur.Əməkdaşlıq çərçivəsində, həmçinin ADDA tələbələrinin GN Group Corporation-a məxsus gəmilərdə və müəssisələrdə istehsalat və üzmə təcrübələrinin təşkili, birgə təlimlərin, seminarların, konfransların və master-klassların keçirilməsi, qış və yay məktəblərinin təşkili planlaşdırılır.Bundan əlavə, Memorandum gəmiqayırma və gəmi təmiri sahəsində təhsil alan tələbələr üçün müvafiq zavod və tərsanələrdə praktiki təcrübələrin təşkili, beynəlxalq səviyyəli mütəxəssis və ekspertlərin tədris prosesinə cəlb olunması, Akademiyanın maddi-texniki bazasının inkişafına dəstək, eləcə də məzunların məşğulluq imkanlarının artırılması kimi mühüm istiqamətləri əhatə edir.Tərəflər bu əməkdaşlığın Azərbaycan və Türkiyə arasında dənizçilik təhsili sahəsində əlaqələrin qurulmasına, insan kapitalının inkişafına və beynəlxalq standartlara uyğun ixtisaslı kadrların hazırlanmasına mühüm töhfə verəcəyinə əmin olduqlarını bildiriblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
1
demokrat.az

2Mənbələr