ain.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.
Məlum olduğu kimi, “Qarabağ” Çempionlar Liqasında pley-off mərhələsinə yüksəlib.
Ağdam təmsilçisi son turda “Liverpul”a 0:6 hesabı ilə məğlub olmasına baxmayaraq, turnir cədvəlində 22-ci yeri tutaraq ilk 24 klub arasında yer alıb və mübarizəni davam etdirmək hüququ əldə edib.
"AzPolitika" xəbər verir ki, pley-offa yüksələn “Qarabağ” bununla 1 milyon avro, liqa mərhələsini ilk “24-lük”də tamamladığı üçün isə əlavə 4,5 milyon avro qazanıb. Beləliklə, son nəticələrdən sonra klubun gəliri 5,5 milyon avroya çatıb.
Əgər Azərbaycan çempionu pley-off mərhələsini də uğurla adlayaraq 1/8 finala yüksəlsə, büdcəsinə daha 11 milyon avro əlavə olunacaq.
Qeyd edək ki, “Qarabağ” bu mövsüm Çempionlar Liqasından artıq 36 milyon avrodan çox gəlir əldə edib. Klub liqa mərhələsinə vəsiqə qazandığı üçün əvvəlcədən 23 milyon 700 min avro qazanmışdı. Bu mərhələdə hər qələbə 2,1 milyon, heç-heçə isə 700 min avro ilə qiymətləndirilirdi. “Qarabağ” liqa mərhələsində 3 qələbə və 1 heç-heçə əldə edərək bu mərhələdən 7 milyon avro gəlir götürüb.
Pley-off mərhələsinə çıxmaq və ilk “24-lük”də yer almaqla birlikdə klubun Çempionlar Liqasından ümumi qazancı hazırda 36 milyon 200 min avroya (təxminən 73 milyon 797 min manat) yüksəlib.
Qeyd edək ki, “Qarabağ” pley-off mərhələsində “Nyukasl” ilə üz-üzə gələcək.
"AzPolitika.info"
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.