AZ

Argentinada qədim meşədə yanğın səngimək bilmir - 40 min hektar sahə məhv olub

Bakı. Trend:

Argentinada güclü meşə yanğınları səngimək bilmir. Los-AlersesMilli Parkında yanğın 40 min hektardan çox meşə sahəsini yandıraraqkülə döndərib.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

Park UNESCO-nun Dünya İrsi Siyahısına daxildir və oradakı bəziağacların yaşının 2500 ildən çox olduğu bildirilir.

Yanğınsöndürənlərin sözlərinə görə, çətin keçilən ərazilərdə başverən genişmiqyaslı yanğınların öhdəsindən gəlmək üçün onların nəkifayət qədər gücü, nə də maddi-texniki imkanları var. Ölkəadministrasiyasının son illərdə yanğınsöndürmə xidmətinin büdcəsiniciddi şəkildə ixtisar etdiyi bildirilir.

“Bu gün biz – yanğınsöndürənlər – 390 nəfərik. Prezident Mileyadministrasiyası hakimiyyətə gələndə isə sayımız 430 idi. Başqasözlə, kadr çatışmazlığı var. Bir çoxları işi tərk edir. Hətta indibelə həmkarlarım işdən çıxır, çünki sadəcə pul çatmır. Maaş çoxaşağıdır.”

Argentinanın şimalında yanğınlar bir neçə həftə əvvəl başlayıb.Hazırda La-Pampa vilayəti üzrə və Patagoniyanın bir neçə rayonundafövqəladə vəziyyət rejimi qüvvədədir.

Alov 200 min hektardan artıq meşə və kənd təsərrüfatı sahəsinibürüyüb. Təhlükəli ərazilərdən minlərlə insan təxliyə edilib.

Məqalədə:
Seçilən
13
1
az.trend.az

2Mənbələr