"Qalatasaray"ın kapitanı Mauro İkardi daha bir uğura imza atıb.
Apasport.az xəbər verir ki, hücumçu buna ötən gün keçirilən "Kayserispor"la matçda nail olub.
Argentinalı forvard oyunda fərqlənərək klub tarixinə düşüb.
O, komandanın heyətində vurduğu qolların sayını 72-yə çatdırıb. İkardi bununla da Corc Haciyə məxsus rekorda şərik çıxıb. Onlar "Qalatasaray" tarixində ən çox qol vuran legionerlərdir.
Lakin Mauro bu rəqəmə Hacidən daha erkən çatıb. Rumıniyalı 192 matçda 72 qol vurubsa, İkardiyə 111 qarşılaşma kifayət edib.
Haci hər oyunda orta hesabla 0,38 dəfə fərqlənib. Mauroda bu rəqəm 0,64-ə bərabərdir.
Qeyd edək ki, görüş "Qalatasaray"ın 4:0 hesablı qələbəsi ilə nəticələnib.
“Espanyol”da yeni hücumçu
"Yuventus" azarkeşlərin döydüyü futbolçunu transfer edir - ARTIQ TURİNDƏDİR
Hansı matç, hansı kanalda? - TV AFİŞA
Fransa millisinin üzvü daha 5 il “Milan”da - RƏSMİ
“Qalatasaray”da CİDDİ İTKİ