AzVision.az xəbər verir ki, “Politico” nəşrində dərc olunan materialda belə iddia irəli sürülür.
“Yanvarın 30-da baş nazir Sebastyan Lekornyu 2026-cı il büdcə layihəsinin parlamentdə səsvermə olmadan qəbul edildiyini açıqlayıb. Fevralın 2-də müxalifət partiyalarının hökumətə etimadsızlıq səsverməsinə cəhd edəcəyi gözlənilir”,- xəbərdə deyilir.
Lakin Fransa mətbuatı səsvermənin uğursuz olacağı ehtimalına diqqət çəkir. Fransa qanunlarına görə, belə halda büdcə qəbul edilmiş sayılır.
Bir neçə fransız siyasətçisi, o cümlədən hazırkı və keçmiş nazirlər, parlamentarilər və müşavirlər, habelə Makronun üç müttəfiqi nəşrə anonimlik şərti ilə bildiriblər ki, büdcə ilə bağlı siyasi mübarizə bitib.
- Ölkənin bütün siyasi elitası indi diqqətini Makronun iştirak edə bilməyəcəyi 2027-ci il prezident seçkilərinə hazırlaşmağa yönəldəcək. Bu reallıq prezidenti yenilənmək imkanı olmadan səlahiyyət müddəti başa çatan və mövqeyi zəifləmiş siyasətçiyə – ‘axsaq ördəyə’ çevirəcək”, - nəşr vurğulayır.
Qəzetin iddiasına görə, bununla belə, Fransa prezidenti xarici siyasət və təhlükəsizlik sahəsində geniş səlahiyyətlərə malik olduğundan, Makron beynəlxalq səhnədə əhəmiyyətli təsirini saxlayacaq. ABŞ prezidenti Donald Tramp administrasiyasının hərəkətləri nəticəsində qlobal siyasətdə yaranan “çaşqınlıq” fonunda Fransa prezidentinin rolu xüsusilə əhəmiyyətli olacaq.
Bundan başqa, Lekornyunun büdcə böhranının həllində uğur qazanması onun 2027-ci il prezident seçkilərində namizəd olmaq şansını artırır. “Ipsos” mərkəzinin tədqiqatçısı Matye Qallard bu ehtimalla razılaşsa da, Fransa siyasətində baş nazirlikdən prezidentliyə keçidin“həmişə çətin iş” olduğunu xatırladıb.
Sahil İsgəndərov
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta