AZ

İngiltərə klubu tarixinin ən bahalı transferini həyata keçirməyə yaxındır

İngiltərə təmsilçisi "Fulhem" tarixinin ən bahalı transferini həyata keçirməyə yaxındır.

"Report" insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, klub PSV-nin hücumçusu Rikardo Pepinin transferi ilə bağlı razılıq əldə edib.

Sövdələşmənin dəyəri təxminən 37 milyon avro təşkil edəcək ki, bu da Fulhem təmsilçisinin tarixində ən bahalı transfer olacaq. 23 yaşlı futbolçu da Premyer Liqa klubuna keçməyə razılıq verib.

Qeyd edək ki, "Transfermarkt" portalı R.Pepinin dəyərini 15 milyon avro qiymətləndirir. Meksika əsilli amerikalı oyunçu cari mövsümdə PSV-nin heyətində keçirdiyi 22 matçda 11 qol və iki məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
4
1
far.az

2Mənbələr