Şagirdlərin üzləşdiyi imtahan yükü həddindən artıq çoxdur və bu, uşaqların normal inkişafına mənfi təsir göstərir. Bunu deputat Siyavuş Novruzov bildirib.
O qeyd edib ki, şagirdlər ildə dörd dəfə imtahan verirlər, bu isə dərslərin kənarda qalmasına və uşaqların yalnız imtahanlara hazırlaşmaqla məşğul olmasına səbəb olur.
Novruzov vurğulayıb ki, məktəblərdə hələ də optimal dərs və imtahan sistemi tapılmayıb və uşaqların maraqları nəzərə alınmalıdır.
Deputat əlavə edib ki, şagirdlər idman və digər fəaliyyətlər üçün kifayət qədər vaxt ayıra bilmirlər ki, bu da onların fiziki və sosial inkişafını məhdudlaşdırır.
Gülnar Nazimqızı