AZ

Ödənişli yolda ağır qəza - Ölənlər var

Bakı-Quba-Rusiya Federasiyası sərhədi ödənişli avtomobil yolunda ölümlə nəticələnən avtomobil qəzası baş verib.

"Unikal" xəbər verir ki, fevralın 1-i gecə saatlarında “Chevrolet” markalı avtomobil yolun Siyəzən rayonu ərazisindən keçən hissəsində eyni istiqamətdə hərəkətdə olan yük avtomobilinə çırpılıb.

Qəza nəticəsində avtomobildə olan iki sərnişin dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
5
5
unikal.az

9Mənbələr