AZ

Bitkoin niyə anidən ucuzlaşdı?

Son günlərdə bitkoinun qiymətində azalma müşahidə olunur.

Hətta bu rekord həddə çatıb. Belə ki, sözügedən kriptovalyutanın qiyməti 2025-ci ilin aprel 7-dən bəri ilk dəfə 75 min dollardan aşağı düşüb. Bu isə olduqca diqqətçəkən bir statistikadır. Hər zaman qiymətləri yüksələn bitkoinin dəyəri nə üçün bir anda belə ucuzlaşdı?

Real Partiyasının sədri, iqtisadçı ekspert Natiq Cəfərli Hit.az-a açıqlamasında deyib ki, bitkoin bazarı spekulyativ bazardır: 

390939

"Hazırda dünyada qızılın bahalaşması müşahidə olunur, fiziki aktivliyə daha çox üstünlük verilir. Qızıl və gümüşün qiymətinin yüksəlməsi isə kriptovalyuta bazarına təsir edir. Ümumiyyətlə, virtual aktivlik, fiziki aktivliyə yönəlib.  Kriptovalyuta bazarı gələcəkdə də xəbər axışına bağlı olacaq. Böyük ölkələr bitkoinə maraq göstərəndə, qiymət qalxır. Lakin bitkoinin gizliliyi ilə bağlı bəyanatlar olanda, qiymət dərhal aşağı düşür".

Günel

Seçilən
14
hit.az

1Mənbələr