ABŞ prezidenti Donald Tramp "Grammy" mükafatlarının aparıcısı Trevor Noahın zarafatlarına sərt reaksiya verib. Amerika lideri aparıcını məhkəməyə verəcəyini iddia edib.
"Unikal" xəbər verir ki, o, müvafiq bəyanatı "Truth Social" sosial şəbəkəsində dərc edib.
Səbəb müğənni Billi Eilishin mükafatlandırma mərasimində səhnədən Noahın dediyi sözlər olub. Şoumen zarafatla bildirib ki, hər bir sənətçi "Donald Tramp Qrenlandiyanı istədiyi qədər" "Grammy" mükafatı istəyir. Daha sonra aparıcı əlavə edib ki, maliyyəçi Ceffri Epşteynin ölümündən sonra ABŞ prezidentinin"Bill Klintonla əylənmək üçün yeni bir adaya ehtiyacı var".
Bunun fonunda Tramp aparıcını və mərasimi sərt tənqid edib və şounun "izlənilməz" olduğunu bildirib.
Gülayə Mecid