AZ

Səlim Müslümovun milyonluq evi satışa çıxarılır


27 milyon manatlıq mənimsəmədə təqsirli bilinən sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun müsadirə edilmiş evi və obyekti satışa çıxarılır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Qafqazinfo” məlumat yayıb.
Bildirilib ki, iki əmlakın ümumi satış qiyməti təxminən 1 milyon 376 min manat təşkil edir.
- Yasamal rayonu, Mirzə İbrahimov küçəsində 370,4 kv.m sahəsi olan yaşayış evi, satış qiyməti: 926 250 manat;
- Səbail rayonu, Azadlıq prospektində qeyri-yaşayış sahəsi, satış qiyməti: 450 000 manat.


Ümumilikdə isə sabiq nazirin 20 milyon manatlıq əmlakı dövlət nəfinə müsadirə edilib. Ötən ay da 490 min manata iki mənzili satışa çıxarılıb.
Seçilən
3
31
yeniavaz.com

10Mənbələr