AZ

İdmançı sürünərək üzr istədi: Bütün dünya onun hərəkətindən danışır-VİDEO

Yaponiyanın voleybol üzrə “SV League All Star” çempionatında voleybolçu Yuji Nişida maraqlı hərəkəti ilə bütün dünyanın diqqət mərkəzinə düşüb. İdmançının iştirak etdiyi qarşılaşma zamanı onun vurduğu top operatora dəyib.

“Yeni Sabah”ın xəbərinə görə, hadisə fevralın 1-də Kobe şəhərində baş verib.

Nişida güclü atış etdikdən sonra top sahə kənarında dayanan operatora dəyib.

İdmançı isə dərhal hadisəni ciddi qəbul edərək sahədə sürünərək “dogeza” adlanan ənənəvi yapon üzr hərəkətini edib. Bu hərəkətlə o, başını yerə qoyaraq qarşı tərəfdən üzr istəyib.

Yapon mədəniyyətində “dogeza” nadir hallarda, ciddi vəziyyətlərdə istifadə olunan dərin hörmət və üzr jestidir.

Hadisənin videosu sosial mediada sürətlə yayılıb və milyonlarla baxış toplayıb. İzləyicilər Nişidanın hərəkətini həm gülməli, həm də nümunəvi hesab ediblər və videonu trendə çeviriblər.

Hadisədən sonra Nişida oyunda iştirak etməyə davam edib, topun dəydiyi operator isə xəsarət almayıb.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Seçilən
16
yenisabah.az

1Mənbələr