AZ

Ötən ay 21 nəfər dəm qazından zəhərlənib

2026-cı ilin yanvar ayında Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə ümumilikdə 85 nəfər müxtəlif mənşəli zəhərlənmə diaqnozu ilə hospitalizasiya olunub.

KTM-dənbildirilib ki, vaxtında aparılan düzgün müalicə tədbirləri nəticəsində 81 pasiyentin vəziyyəti stabilləşdirilib və onlar qənaətbəxş vəziyyətdə ambulator müalicə üçün evə buraxılıblar.

Pasiyentlərdən 27 nəfər dərman preparatlarından, 2 nəfər siçan dərmanından (rodentisid), 29 nəfəriş sirkə turşusundan, 1 nəfər kimyəvi məhlullardan, 2 nəfər allergik reaksiyalardan, 2 nəfər spirtli içkidən, 21 nəfər dəm qazından, 1 nəfər isə inqalyasion zəhərlənmə səbəbi ilə müalicəyə cəlb olunub.

Tibbi personal tərəfindən bütün pasiyentlərə ixtisaslaşmış toksikoloji yardım, intensiv terapiya, reanimasiya və detoksikasiya tədbirləri tətbiq olunub.

Seçilən
13
37
aznews.az

10Mənbələr