Bakı. Trend:
“AzStateNet” şəbəkəsi üzrə istismara verilmiş yeni nəsilmühafizə avadanlığı vasitəsilə 450 milyona qədər zərərli keçidbloklanıb, o cümlədən onların 96 mini “Sandbox” mühafizə sistemitərəfindən zərərverici tərkibli sənədlər kimi aşkarlanaraqzərərsizləşdirilib.
Trend xəbərverir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi DövlətXidmətinin (XRİTDX) rəisi general-leytenant İlqar Musayev XRİTDX-dəkeçirilən 2025-ci ilin yekunlarına həsr olunmuş müşavirədəbildirib.
Xidmət rəisi müşavirə iştirakçılarının diqqətinə çatdırıb ki,dövlət qurumlarının son istifadəçilərinin təhlükəsizliyinin təminolunması məqsədilə xidmət tərəfindən 93 dövlət qurumunu əhatə edən,ümumilikdə 55 min istifadəçi üçün mərkəzləşdirilmiş antiviruslisenziyası təqdim edilmişdir. Həmin sistem vasitəsilə 2025-ci ilərzində 6 205 200 zərərli aktivliyin qarşısı alınıb ki, bu da ötənillə müqayisədə təxminən 50,8% azalma deməkdir.
İlqar Musayev əlavə edib ki, xidmət tərəfindən dövlət qurumlarıüçün yaradılmış dövlət elektron poçt xidməti üzrə 2025-ci ilərzində 17 milyondan artıq elektron məktub emal edilmiş, onların 12milyonu istifadəçilərə çatdırılıb, 5 milyondan artıq məktub isəzərərli tərkibli olması səbəbindən bloklanıb. Bu göstəricinin2024-cü illə müqayisədə təxminən 38,5% artım təşkil etdiyivurğulanıb.