Musavat.com onun fikirlərini olduğu kimi təqdim edir:
"Dünya miqyaslı qalmaqal yaratmış məşhur "Epşteyn işi" KGB-FSB və Putinlə əlaqəli çıxır.
Tramp və Klinton kimi prezidentləri, Britaniya şahzadəsi Endryunu, Bill Qeyts, İlon Musk kimi milyarder biznesmrnləri öz toruna sala bilən pedofil (casusluğa görə həbslə, türmədə ölən) Epşteynin "seks imperiyası" həm də "KQB-FSB tələsi" olub Putinlə əlaqələri varmış. Rusiyadan azyaşlı qızlar və qadınlar dünya məşhurlarının üzərində ləkə toplamaq üçün xüsusi təyyarə ilə gətirilirmiş.
Məşhur Daily Mail qəzetinin məlumatına görə, dərin çaplı kəşfiyyat mənbələri Epşteynin KQB adından "dünyanın ən böyük (honeytrap) tələsi əməliyyatı" aparılmasını real həqiqət kimi bilir. Belə ki, 11 sentyabr 2011-ci il tarixli elektron poçt araşdırılmasında "əlaqəçi" şəxs Rusiyaya səfəri zamanı Epşteynin prezident Putinlə gizli görüşü müzakirə edir. Görüşdın sonra daha bir "vacib" görüş isə, 2014-cü il üçün planlaşdırılır.
Elektron poçtda yazışan yapon sahibkar Coi İto qeyd edir ki, məlum Linkedin-in həmtəsisçisi milyarder Reid Qoffmanın da görüşdə iştirakı planlaşdırılıb amma ki, edə bilməyib. Səbəb?
Ruslar 17 iyul 2014-cü ildə Ukrayna üzərində Malayziya Hava Yollarınln sərnişin uçağını vurub fsciə.törətdikdən sonra görüş ləğv edildi. Və həmin yapon milyarderi İto Epşteynə yazır: "İndi, təyyarə qəzasından sonra bu, pis fikirdir."
Digər səhih məlumatlar isə göstərir ki, Epşteyn Helsinki sammitindən əvvəl Kremlə D. Trampın haqqında "dəyərli" məlumatlar verməyə hazır olduğunu bildirib. Amerika kəşfiyyat mütəxəssisləri hesab edirlər ki, Epşteyn casusluq dünyasına 1970-ci illərdən qalma sovet agenti Robert Maksvell ilə biznes əlaqələri vasitəsilə daxil olub. Kəşfiyyat rəsmi məlumatları həmçinin həmin Epşteynin Rusiya mütəşəkkil cinayətkar qrupların ilə uzun dövr əlaqəli olduğunu və bu əlaqələrin onun özünü şantaj edərək təsirdə saxladığını bildirirlər. Bu cinayətkar qruplar da Peterburq mənşəli olub, həm də, V. Putinlə əlaqəli olmaları iddia edilir.
Epşteynin sənədlərində Putindən bəhs edən 1056 sənəd və Moskvadan bəhs edən 9629 sənəd var. Bunlar real faktdır və üzə çıxacaq".