AZ

Naxçıvanın statusu müzakirə mövzusu deyil - Deputat

Yazını böyüt
Yazını kiçilt

“Naxçıvanın statusunu müzakirə etməkdənsə, Naxçıvanın müdafiəsi, hər hansı baş verəcək hadislərə qarşı hansı addımların atılması istiqamətində fikir mübadiləsi aparmalıyıq”.

Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bu günkü iclasında “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Konstitusiya Qanunun müzakirəsi zamanı Siyavuş Novruzov deyib.

Deputat hesab edir ki, hər dəfə bu məsələni ortaya atmağa ehtiyac yoxudur:

"Naxçıvanın inkişafı, idarəçiliyin düzgün qurulması yönündə işlər görülür və əsas işimiz Naxçıvanla bağlı feyk məlumatlar yaradaraq aranı qarışdırmağa çalışan qruplara qarşı mübarizə aparmaq olmalıdır".

Tahirə Qafarlı

Seçilən
22
hafta.az

1Mənbələr