AZ

Naxçıvan Nazirlər Kabinetinin səlahiyyətləri artırılır

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin səlahiyyətləri artırılır.

Ucnoqta.az xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan "Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında" qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, Naxçıvan MR Nazirlər Kabineti muxtar respublikanın dövlət büdcəsində icra hakimiyyəti üçün nəzərdə tutulmuş xərclər çərçivəsində Azərbaycan Respublikasının Prezidentinin razılığı ilə mərkəzi icra hakimiyyəti orqanlarını yaradacaq və ləğv edəcək.

Həmçinin bu Konstitusiyaya uyğun olaraq Naxçıvan MR-də icra hakimiyyətini həyata keçirməsindən irəli gələn məsələləri, həmçinin Azərbaycan Respublikası Prezidentinin onun səlahiyyətlərinə aid etdiyi digər məsələləri həll edəcək.

Qanun layihəsi müzakirəyə çıxarılaraq ikinci səsvermədə qəbul edilib. İlk səsvermə 2025-ci il iyulun 8-də keçirilib.

Seçilən
24
3
ucnoqta.az

4Mənbələr