AZ

Azərbaycan bütün öhdəliklərə sadiqdir – 2005-ci ildə İranla imzalanan sazişdə nə qeyd olunur?

Bakı. Trend:

Dövlətlərarası strateji məsələlər mühüm sənədlər, sazişlərlətənzimlənir. Sazişlərə sadiqlik isə ölkələrin, hökumətlərin özcoğrafiyasında möhkəmlənməsinin, digər ölkə və ittifaqların gələcəkmünasibətlərin güclənməsinin, iqtisadi-siyasi əməkdaşlıqlar üçünperspektiv yaratmasının başlıca göstəricisidir. Təbii ki,müqavilələrə, sənədlərə, sazişlərə, razılıqlara sadiqlik təkcəqarşı tərəfə görə deyil, dövlətin öz imicinə və gələcəyinə görəqorunmalı olan sədaqətdir.

Azərbaycanın tarix üçün çox da uzun olmayan bir müddətdə regionvə dünya ölkələri arasında etibarlı, dayanıqlı imic qazanmasınınəsas səbəblərindən biri də dövlət olaraq atdığı addımlara,bağladığı müqavilələrə və sazişlərə xüsusi diqqət və prinsipləsədaqət nümayiş etdirməsidir.

Son bir qərinə ərzində dünyada və lokal coğrafiyamızda baş verənziddiyyətlər fonunda sözügedən prinsipləri qorumaq heç də asanolmasa da, Azərbaycanın siyasi-iqtisadi prinsiplərindənyayınmayaraq özünəxas dürüstlük nümayiş etdirməyi bacarıb.

2005-ci ildə imzalanan “Azərbaycan Respublikası ilə İran İslamRespublikası arasında təhlükəsizlik sahəsində əməkdaşlıq haqqındaSaziş”ə etimad da qazanılan etibarlı tərəfdaş imicinin konseptualəsaslarından biridir.

Həmin sazişə əsasən, Azərbaycan Respublikası və İran İslamRespublikası öhdəlik götürürlər ki, öz ərazilərini, hava məkanınıvə infrastrukturunu qarşı tərəfin təhlükəsizliyinə, suverenliyinəvə ərazi bütövlüyünə zərər vura biləcək hər hansı fəaliyyət üçünistifadə olunmasına yol verməyəcəklər.

2026-cı il yanvarın 31-də Azərbaycan Respublikasının Prezidentiİlham Əliyevlə İran İslam Respublikasının Prezidenti MəsudPezeşkian arasında baş tutan telefon danışığı zamanı Prezidentİlham Əliyev ölkələrimiz arasındakı dostluq, qardaşlıq və mehribanqonşuluq prinsiplərini önə çəkərək bölgədə yaranmış vəziyyətdənnarahatlığını ifadə edib.

Dövlətimizin başçısı bölgədə yaranmış vəziyyətin narahatlıqdoğurduğunu ifadə edərək, Azərbaycanın gərginliyin aradanqaldırılmasına töhfə verməyə hazır olduğunu bildirib və ölkəmizinbu kimi məsələlərin danışıqlar və qarşılıqlı anlaşma yolu iləhəllinin tərəfdarı olduğunu vurğulayıb.

29 yanvar 2026-cı il tarixində Azərbaycanın xarici işlər naziriCeyhun Bayramov ilə İranın xarici işlər naziri Seyid Abbas Əraqçiarasında baş tutan telefon danışığı zamanı da məhz bu sazişdəndoğan öhdəliklər xatırlanıb. Azərbaycan xarici işlər naziri CeyhunBayramov telefon danışığı zamanı iranlı həmkarına bildirib ki,ölkəmiz mövcud problemləri yalnız beynəlxalq hüququn norma vəprinsiplərinə uyğun olaraq, dialoq və diplomatik yollarla həlletməyin vacib olduğu düşünür.

Azərbaycanın onun hava məkanının və ya ərazisinin hər hansıdövlət tərəfindən qonşu İrana və ya hər hansı digər ölkəyə qarşıhərbi əməliyyatların aparılması üçün istifadə edilməsinə heç vaxtimkan verilməyəcəyi xüsusi vurğulanıb.

Bütün bunlar onu göstərir ki, Azərbaycan uzun illərdir yürütdüyüpraqmatik xarici siyasətə, mehriban qonşuluq prinsiplərinə daimsadiqdir. Ölkəmiz bundan sonra da dünyada, eləcə də bölgədə sülhünvə təhlükəsizliyin qorunub saxlanılması üçün bütün imkanlarındanistifadə edəcək.

Məqalədə:
Seçilən
20
1
az.trend.az

2Mənbələr