AZ

Sumqayıt ın futbolçusundan Zirə yə mesaj: İki oyunda da qələbə istəyirik

sport24.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Ağır meydanda çətin oyun oldu". Bu sözləri Sport24.az-a "Sumqayıt"ın futbolçusu Rayan Senhadji deyib.Müdafiəçi "Karvan-Yevlax"a 2:0 hesabı ilə qalib gəldikləri Misli Premyer Liqasının XVIII turunun oyunu ilə bağlı fikirlərini bölüşüb: "Düşünürəm ki, ikinci hissədə bütün qol imkanlarından yararlana bilsəydik, hesab daha böyük ola bilərdi".Oyunçu Azərbaycan Kubokunun 1/4 finalında və XIX turda "Zirə" ilə üz-üzə gələcəklərini xatırladıb: "Bu rəqiblə ardıcıl iki dəfə qarşılaşacağıq. Bu da bir az qeyri-adi vəziyyətdir. Amma hər iki görüşə çox ciddi yanaşacağıq və iki qalibiyyət əldə etmək üçün əlimizdən gələni edəcəyik. Onların yaxşı komanda olduğunu da bilirik".Senhadji cari mövsümdəki hədəflərindən də söz açıb:"Sadəcə yaxşı nəticələr qazanmağa diqqət yetiririk. Çempionat uzun marafondur. Oyundan-oyuna fikirləşməliyik. Mövsümün sonunda nələrin baş verəcəyini görəcəyik".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
9
sport24.az

1Mənbələr