AZ

Bu problemlər dövlətimizi böyük təhlükələrlə üzləşdirə bilər - Deputat

Yazını böyüt
Yazını kiçilt

“Naxçıvan Muxtar Respublikasının “dövlət” -deyə tanıtımı Konstitusiyada gündəlikdən çıxarılmalıdır”.

Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Fazil Mustafa deyib.

Deputat eyni zamanda, İranda gedən proseslərə toxunub və cəmiyyətin buna necə hazırlanmasını önə çəkib:

"Bütün dünya İranda gedən proseslərə hazırlanır. Azərbaycan cəmiyyəti də mümkün proqnozlara alışdırılmalıdır. Hesab edirəm ki, mümkün ola biləcək qaçqın axını ilə bağlı cəmiyyətin davranışlarına baxılmalıdır".

F.Mustafa dövlət qurumlarında, xüsusilə də Metropolitendə, Xəzər Dövlət Dənizçiliyində baş verən ixtisarlara toxunub:

"İxtisarlar işsizlər yaradır. Ona görə də ya onlara iş verilməli, ya da müavinət ödənilməlidir. Cəmiyyətin bu problemləri daşıması dövlətimizi böyük təhlükələrlə üzləşdirə bilər”- deputat deyb.

Tahirə Qafarlı

Seçilən
11
hafta.az

1Mənbələr