"Milli Məclisin beynəlxalq fəaliyyəti sessiyalar arasındakı dövrdə də davam etmişdir. Deputatlarımız 2 beynəlxalq təşkilatın tədbirlərində iştirak etmişlər. Parlamentin 10 üzvü tərəfindən 6 xarici ölkəyə 18 səfər həyata keçirilmişdir. Ay ərzində 5 ölkənin və 1 beynəlxalq təşkilatın 6 nümayəndə heyəti, ümumən 44 nəfər xarici qonaq Milli Məclisdə olmuşdur". "Olaylar" xəbər verir ki, bunu Milli Məıclisin sədri Sahibə Qafarova deyib: " Milli Məclis sədrinin başçılığı ilə nümayəndə heyəti yanvarın 25-də və 26-da Bəhreyn Krallığında rəsmi və işgüzar səfərlərdə, yanvarın 27-də Birləşmiş Ərəb Əmirliklərində işgüzar səfərdə, yanvarın 28-də isə Oman Sultanlığında rəsmi səfərdə olmuşdur.
Bəhreyn Krallığına rəsmi səfər çərçivəsində Bəhreyn Kralı Həməd bin İsa Al Xəlifə, Şura Məclisinin sədri Əli bin Saleh Al Saleh, Nümayəndələr Şurasının sədri Əhməd bin Salman Al Musalam ilə görüşlərim oldu. Azərbaycan Milli Məclisi ilə Bəhreyn Nümayəndələr Şurası arasında Anlaşma Memorandumu imzalandı. Sənədi parlament sədrləri imzaladılar".Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik.
055 634 88 31