AZ

İcra başçısından şəhərin mərkəzi meydanında "yaşıl soyqırm" - "relikt və endemik ağaclar kəsilərək məhv edilib, ərazi isə satılıb"

Qaradağ Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Süleyman Mikayılovun əvvəlki illərdə də bir çox qanunsuzluqlar etiyi ilə bağlı məlumat yayılıb.

Paytaxt.org-un xəbərinə görə, Ekologiya.az bildirir ki, bu barədə ekoloq Arzu Mustafayev yazıb. 

Ekololoq bildirib ki, "Mikayılovun işdən çıxarılması son zamanlar ard-arda yol verdiyi çoxsaylı səhvlər və qanunsuzluqlar etdiyi ilə  bağlıdır. İşlədiyi rayonlarda rüşvətxorluq və korrupsiya halları Mikayılovun fəaliyyətində geniş yayılış mexanizimdir. O, Lənkaranda icra başçısı işləyən zaman çox illik yaş və qırmızı kitaba düşən onlarla ağacları məhv etdirib, ərazini isə bütövlükdə satmışdı.

Bildirim ki, Lənkəranda icra başçısı işlədiyi vaxt, şəhər mərkəzi meydanı ərazisində çoxillik relikt və endemik dəmirağacı ağaclarını kəsdirən Süleyman Mikayılov, o vaxtlar dövlətə və təbiətə ağır zərbələr vumuşdu. Amma, bu cinayət əməli ilə bağlı kimsə onu nəinki  məsuliyyətə cəlb edilməsi tələbini ortaya qoymasına, heç ona gözün üstə qaşın var deyən tapılmadı. Təbiətə zülm edib, yaşıl soyqrım həyata keçirən Mikayılov bunlar azış kimi, o vaxtlar vəzifəsindən sui-istifadə edib "DOSAF" adlanan dövlət qurumunun yeri və  qarşısını, "Şəminin bağı" deyilən yaşıl ərazini də satıb, soymuşdur..."deyən ekoloq Mikayılovun qanunlar qarşısına çıxarılmasını tələb edib...

Qeyd edək ki, 1962-ci il təvəllüdlü S.Mikayılov 22 ilə yaxın icra başçısı olub. O, Qaradağdan əvvəl Yardımlı və Lənkəranda işləyib. 2005-ci ildə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. 8 ay sonra yeri Lənkərana dəyişdirilib. 2010-cu ildən isə Qaradağın icra başçısı idi.





Seçilən
3
2
paytaxt.org

3Mənbələr