Vətəndaş Ceyhun Fərəcov “PASHA Insurance” sığorta şirkəti ilə bağlı narazılığını bildirib. AzPost xəbər verir ki, onun sözlərinə görə, 29 dekabr tarixində baş vermiş nəqliyyat hadisəsi üzrə sığorta ödənişi hələ də həyata keçirilməyib, qiymətləndirmə prosesi isə tamamlanmayıb.
Şikayətçi qeyd edir ki, qanunvericiliyə görə, sığorta hadisələrinin qiymətləndirilməsi və ödənişlərin həyata keçirilməsi 7 iş günü ərzində baş verməlidir. Buna baxmayaraq, Ceyhun Fərəcovun məlumatına görə, PASHA Insurance-in qaynar xəttinə zənglər bir ay ərzində cavabsız qalıb.
Ekspertlərin fikrincə, belə hallarda vətəndaşlar sığorta şirkətinə yazılı şəkildə rəsmi müraciət etməli və ödənişin gecikməsi ilə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasına şikayət edə bilərlər. Sığorta müqaviləsi çərçivəsində ödənişlərin gecikməsi istehlakçı hüquqlarının pozulması kimi qiymətləndirilə bilər.