AZ

“Epşteyn sənədləri”ndə Makronun da adı çıxdı Fransada istintaq çağırışları

Azpolitika.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

ABŞ-də yetkinlik yaşına çatmayan uşaqlara qarşı cinsi istismar və fahişəlik şəbəkəsi qurmaq ittihamları ilə həbs olunaraq məhkəmə prosesi davam edərkən həbsxanada ölü tapılan milyarder Cefri Epşteynlə bağlı açıqlanan yeni sənədlərdə Fransa Prezidenti Emmanuel Makronun da adının yer alması dünya gündəmini silkələyib.

Sənədlərdə Makronun adı onun 2017-ci ildə prezident seçilməsindən əvvəl və sonrakı dövrə aid bir çox yazışmada yer alır. Həmin yazışmalarda Epşteyn Makronun müxtəlif məsələlərdə ondan yardım istədiyini iddia edir.

Epşteyn 17 sentyabr 2018-ci ildə Dünya İqtisadi Forumunun (WEF) prezidenti və icraçı direktoru Borge Brendeyə göndərdiyi və məxfi olduğunu qeyd etdiyi elektron məktubda Makrona istinadən belə yazır:“Bu çətinliklərin öhdəsindən daha yaxşı gəlmək üçün idarəetmə sistemlərini, beynəlxalq institutları, öhdəlikləri və dövlətlə özəl sektor arasındakı münasibətlərin formasını yenidən düşünməli, qurmalı və icad etməliyik. Daha irəliləyişçi gələcəyi təşviq etmək üçün hansı sosial-iqtisadi yenilikləri dəstəkləyərdiniz?”.

Sənədlərdə həmçinin Birləşmiş Ərəb Əmirliklərindən olan iş adamı Sultan Əhməd bin Süleymanın 22 mart 2016-cı ildə Epşteynə göndərdiyi e-poçt da yer alır. Məktubda Süleymanın Elise Sarayında nahar etdiyi və həmin dövrdə Fransa maliyyə naziri olan Makronla Fransadakı işləri ilə bağlı səmərəli görüş keçirdiyi bildirilib.

Epşteyn 30 avqust 2018-ci il tarixli başqa bir yazışmasında isə Makronun ondan “qurumlar, siyasət, elm də daxil olmaqla demək olar ki, hər mövzuda fikir aldığını” iddia etdiyi görünür. Epşteyn yazışmada Makron barədə “Avropaya, bəlkə də dünyaya liderlik etmək istəyir” ifadəsini işlədir.

Sözügedən sənədlərin yayımlanmasından sonra Fransanın “Patriotes” (Vətənpərvərlər) Partiyasının lideri Florian Filippot "X" hesabından etdiyi paylaşımda Makronun prezidentliyi dövründə və ondan əvvəl Epşteynlə birbaşa və ya dolayısı iş əlaqələrinin olmasına sərt reaksiya verib.

O, Makronun Epşteyn əlaqələrinin Fransanın milli təhlükəsizliyini təhlükə altına saldığını vurğulayaraq, bu məsələnin dərhal araşdırılması üçün istintaq başladılmasına çağırıb.

"AzPolitika.info"

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
24
azpolitika.info

1Mənbələr