Bakı. Trend:
26-29 yanvar tarixlərində SOCAR-ın rəhbərliyi ilə "Umid BabekOperating Company" (UBOC) əməliyyat şirkətinin nümayəndə heyəti,Çinin Şençjen şəhərində yerləşən “Huawei” şirkətinin Baş ofisiniziyarət ediblər.
Trend şirkətəistinadən xəbər verir ki, səfər neft-qaz sektorunda rəqəmsaltransformasiya və qabaqcıl texnologiyaların tətbiqi ilə bağlı fikirmübadiləsinin aparılması məqsədini daşıyıb.
Qeyd olunur ki, səfər çərçivəsində SOCAR-ın vitse-prezidentiBabək Hüseynov və “Huawei” şirkətinin Neft və Qaz Sənayesi üzrəprezidenti Denq Bi ilə keçirilən görüşdə rəqəmsal həllərin dahainnovativ əməliyyatlara, səmərəliliyin artırılmasına vəuzunmüddətli dəyər yaradılmasına verdiyi töhfələr müzakirəolunub.
“Bu kimi əməkdaşlıq və müzakirələr SOCAR-ın uzunmüddətlirəqəmsal strategiyasını dəstəkləməklə yanaşı, UBOC-un əməliyyatsəmərəliliyini, dayanıqlılığını və davamlılığını artıran yenitexnologiyalarla yaxından tanış olmasına imkan yaradır”, - deyəməlumatda qeyd olunur.
Qeyd edək ki, SOCAR beynəlxalq iqtisadi inkişaf proseslərindəyaxından iştirak edən, neft-qaz sənayesində fəaliyyət göstərən,qlobal arenada əhəmiyyətli yer tutan Azərbaycanın ilk milli neftşirkətidir.
Azərbaycan Respublikası Prezidentinin 13 sentyabr 1992-ci iltarixli fərmanına əsasən şirkətin əsası qoyulub və öz fəaliyyətiçərçivəsində iqtisadi, sosial və ətraf mühitə müsbət vəməsuliyyətli təsirlərin yaradılmasını məqsəd qoyub. Bu məqsədlərənail olunması üçün Şirkətin strategiyası, siyasət və qaydaları,həmçinin, müvafiq missiya və məramı müəyyən edilib. Dayanıqlıinkişaf məqsədlərinə nail olunması istiqamətində Şirkət tərəfindənhəyata keçirilən bütün yeni layihələrdə ekoloji və sosialeffektivliliyin artırılması əsas prinsiplərdən birini təşkiledir.