AZ

4 nəfər zəhərlənmədən ölüb


2026-cı ilin yanvar ayında Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə ümumilikdə 85 nəfər müxtəlif mənşəli zəhərlənmə diaqnozu ilə hospitalizasiya olunub.

Medicina.az xəbər verir ki, bu barədə Klinik Tibbi Mərkəz məlumat yayıb.

Məlumata görə, pasiyentlərdən 27 nəfər dərman preparatlarından, 2 nəfər siçan dərmanından (rodentisid), 29 nəfəriş sirkə turşusundan, 1 nəfər kimyəvi məhlullardan, 2 nəfər allergik reaksiyalardan, 2 nəfər spirtli içkidən, 21 nəfər dəm qazından, 1 nəfər isə inqalyasion zəhərlənmə səbəbi ilə müalicəyə cəlb olunub.

Aparılan intensiv müalicə tədbirlərinə baxmayaraq, 4 nəfərin (1 qadın və 3 kişi) həyatını xilas etmək mümkün olmayıb.


Seçilən
4
37
medicina.az

10Mənbələr