AZ

Ağrıkəsicilərin nəzarətsiz qəbulu sağlamlıq üçün təhlükəlidir

Ağrıkəsicilərin

Həkim-terapevt Şahvələd Məmmədov ulusum.az-a bildirib ki, ağrıkəsicilərin həkim məsləhəti olmadan qəbulu sağlamlıq üçün təhlükəlidir. Onun sözlərinə görə, baş ağrısı 50-dən çox xəstəliyin əlaməti ola bilər və ağrıkəsici müalicə sayılmır. Xüsusilə miqren zamanı adi ağrıkəsicilər effektli olmur və allergik reaksiyalar, hətta anafilaktik şok riski yarada bilər.Həkim vurğulayıb ki, mədə ağrısında ağrıkəsici qəbul etmək düzgün deyil, çünki bu dərmanlar mədə yarası, xora və qaraciyərə toksiki təsirə səbəb ola bilər. Ağrıkəsicilərin davamlı istifadəsi ciddi fəsadlar yarada biləcəyindən həkim məsləhəti olmadan qəbul edilməməlidir.

Diqqət Çəkənlər

Məhdudiyyətlər gücə çevrilir

Nizami rayonunda Gənclər Gününə həsr olunmuş tədbir keçirilib

Ağrıkəsicilərin nəzarətsiz qəbulu sağlamlıq üçün təhlükəlidir

Seçilən
9
ulusum.az

1Mənbələr