AZ

"Real"ın ulduzu sıradan çıxdı

"Real" klubu növbəti oyunlarda yarımmüdafiəçi Cud Bellingemin xidmətlərindən yararlana bilməyəcək.

Publika.az xəbər verir ki, 22 yaşlı futbolçu əzələ zədəsi səbəbindən təxminən bir ay müddətinə sıradan çıxıb. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Beləliklə, ingiltərəli yarımmüdafiəçi Çempionlar Liqasının pley-off mərhələsinin "Benfika"ya qarşı hər iki oyununda (17 və 25 fevral) “kral klubu”na kömək edə bilməyəcək. Eyni zamanda, Bellingemin La Liqada qarşıdakı dörd matçı - "Valensiya" (8 fevral), "Real Sosyedad" (14 fevral), "Osasuna" (22 fevral) və "Xetafe" (1 mart) ilə görüşləri də buraxacağı gözlənilir.

Qeyd edək ki, cari mövsümdə Cud Bellingem "Real"ın heyətində keçirdiyi 28 oyunda 6 qol vurub və 4 məhsuldar ötürmə edib.

Seçilən
5
publika.az

1Mənbələr